Onlayn ictimai-siyasi qəzet
Sanksiyalar nəticəsində yeni təyyarə və ehtiyat hissələri almaq, texniki xidmət göstərmək imkanından məhrum olan Rusiya aviaşirkətləri yaxın illərdə onlarla təyyarəni istismardan çıxarmaq məcburiyyətində qalacaq.
Musavat.com-un xəbərinə görə, Rusiya Federal Aviasiya Agentliyinin (Rosaviatsiya) rəhbəri Dmitri Yadrov Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı bildirib ki, 2030-cu ilə qədər 109 xarici təyyarə uçuş parkından çıxarıla bilər.
Onun sözlərinə görə, Rusiya mülki aviasiyası növbəti 6 il ərzində təyyarə parkının üçdə birini itirə bilər. Bu prosesə təkcə “Boeing” və “Airbus” təyyarələri deyil, həm də 40–60 yaşlı 230 yerli istehsal təyyarələri daxil olacaq.
“Ən pessimist ssenariyə görə, 2030-cu ilədək aviaşirkətlərlə birlikdə təxminən 339 təyyarənin istismardan çıxarılacağını hesablayırıq. Bundan başqa, 200 helikopterin – 190 yerli və 10 xarici istehsal helikopterinin də istismardan çıxarılması planlaşdırılır”, - deyə Yadrov TASS agentliyinə açıqlamasında bildirib.
Məlumata əsasən, hazırda Rusiya aviaşirkətlərinin parkında 1135 hava gəmisindən 1088-i uçuş vəziyyətindədir.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ