İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın casus təyyarəsi Rusiyanın sərhədləri yaxınlığında uçuş etdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ultra-gizli Boeing RC-135 Combat Sent kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında müşahidə edilib.

Musavat.com xəbər verir ki, “Daily Mail”in məlumatına görə, təyyarə İngiltərədən havaya qalxaraq Baltikyanı ölkələrin üzərindən keçib və bir neçə dəfə Kalininqrad ətrafında dövrə vurub. Daha sonra o, Böyük Britaniyadakı bazasına geri qayıdıb.

Uçuş bölgədə gərginliyin artdığı bir vaxtda — Almaniya kansleri Fridrix Mersin “Rusiya ilə hibrid müharibə” barədə açıqlamasından cəmi bir gün sonra baş verib. Bundan əvvəl NATO ölkələrinin hava məkanına rus dronlarının daxil olması ilə bağlı məlumatlar yayılmışdı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR