İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda pedofillər məcburi axtalanacaq

Qazaxıstanda cinsi cinayətlərə qarşı mübarizə çərçivəsində radikal tədbir müzakirə olunur.

Musavat.com xəbər verir ki, yeni qanun layihəsinə əsasən, pedofiliya və digər cinsi xarakterli cinayətlər törətmiş şəxslərin azadlığa çıxmazdan əvvəl məcburi axtalanması (cinsi qabiliyyətlərinin dərman və ya əməliyyat yolu ilə aradan qaldırılması) nəzərdə tutulur.

Sənəd Cinayət Məcəlləsinə əlavə dəyişikliklər paketi çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi uşaqlara qarşı zorakılığın qarşısını almaq və cəmiyyətin təhlükəsizliyini gücləndirməkdir.

Rəsmi məlumatlara görə, prosedur yalnız məhkəmə qərarı ilə və həkim nəzarəti altında həyata keçiriləcək. Qazaxıstan hökumətinin nümayəndələri bildiriblər ki, bu tədbir “insan hüquqlarına zidd olmadan, tibbi əsaslarla” tətbiq ediləcək.

Xatırladaq ki, 2018-ci ildən etibarən Qazaxıstanda kimyəvi axtalama artıq qanuniləşdirilmişdi. Yeni dəyişikliklər isə bu tədbirin məcburi və ardıcıl şəkildə tətbiqini nəzərdə tutur.

Qanun layihəsi hazırda Qazaxıstan parlamentində müzakirə olunur və yaxın aylarda qəbul ediləcəyi gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR