Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının səfirləri Avropa Komissiyasının 2028-ci ilə qədər Rusiya qazı və neftinin alınmasını qadağan edən planı ilə bağlı razılığa gəliblər. Musavat.com xəbər verir ki, məlumatı Reuters avropalı diplomatlara istinadən yayıb.
Plan oktyabrın 20-də görüşəcək xarici işlər nazirlərinə təqdim olunacaq. Qanun layihəsi qəbul olunarsa, yeni müqavilələr üzrə Rusiya qazının idxalı 2026-cı ilin yanvarında, mövcud qısamüddətli müqavilələr üzrə 2026-cı ilin iyununda, uzunmüddətli müqavilələr üzrə isə 2028-ci ilin yanvarında dayandırılacaq.
Agentliyin mənbələrinə görə, demək olar ki, bütün Aİ ölkələri bu təşəbbüsü dəstəkləyib, Macarıstan və Slovakiyanın etirazlarına baxmayaraq, planın asanlıqla qəbul ediləcəyi gözlənilir. Məsələ sanksiya deyil, Aİ-nin ticarət siyasətinə aid olduğu üçün plan yekdilliklə deyil, sadə səs çoxluğu ilə təsdiqlənə bilər. Agentliyin mənbələrinə görə, oktyabrın 20-də Aİ Şurasının iclasında buna “asanlıqla nail olmaq olar”.
Reuters-in yazdığına görə, tərəflər hələ də texniki detalları yekunlaşdırmaqdadırlar. Fransa və İtaliya mayeləşdirilmiş təbii qazın Avropaya daşınması üçün əvvəlcədən təsdiqləmə prosedurunun tətbiq edilməsində və ya Aİ limanlarına çatdıqdan sonra onların mənşəyinə dair xüsusi gömrük yoxlamasının aparılmasında israrlıdır. Onların fikrincə, bu, Rusiya enerji resurslarının idxalına qoyulan qadağaya əməl olunmasını təmin edəcək.
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ