İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdəki iğtişaşlarla bağlı 35 nəfər saxlanıldı

Gürcüstan paytaxtı Tiflisdə baş verən qarşıdurmalar ölkə gündəminin əsas mövzusuna çevrilib.

Musavat.com xəbər verir ki, oktyabrın 4-də keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 35 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib ki, saxlanılanların arasında həm aksiya təşkilatçıları, həm də zorakı və qanunsuz hərəkətlərə yol verən iştirakçılar var. Onların bir qismi prezident sarayının hasarını dağıdaraq əraziyə daxil olmağa cəhd edib.

Rəsmi məlumatda vurğulanıb ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis Departamenti hadisə ilə bağlı cinayət işi açıb və araşdırmalar davam etdirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR