Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, CNN Rusiyanın Ukraynanın Sumı vilayətinə ballistik raketlərlə hücumu barədə yazıb.
Bazar günü həyata keçirilən hücum nəticəsində azı 35 nəfər həyatını itirib. Bu, 2025-ci ildə indiyədək münaqişə çərçivəsində baş vermiş ən qanlı hücum hesab olunur.
CNN-in məlumatına görə, ölənlərin çoxu həmin gün kilsə ayinlərinə qatılmaq üçün küçədə olan mülki şəxslər olub. Hücumun məqsədli şəkildə dini bayrama təsadüf etməsi beynəlxalq aləmdə də ciddi narahatlıq yaradıb.
Ukrayna rəsmiləri hücumu qınayaraq, bunun mülki əhaliyə qarşı açıq hərbi cinayət olduğunu bildiriblər.
Hadisə ilə bağlı daha ətraflı məlumatı bu linkdən oxuya bilərsiniz https://edition.cnn.com/2025/04/13/europe/russian-strike-sumy-ukraine-intl/index.html?utm_medium=social&utm_source=whatsappCNN&utm_content=2025-04-15T01:22:03
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ