İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın neft-qaz gəlirləri artıb

Rusiya 2024-cü ilin yanvar-iyul aylarında neft və qaz gəlirlərinin həcmini illik ifadədə 61,6 faiz artıraraq bir il əvvəlki 4,193 trilyon rubla qarşı 6,777 trilyon rubla çatdırıb.

Musavat.com xəbər verir ki, bu məlumat Rusiya Maliyyə Nazirliyinin statistikasında əksini tapıb.

Məlumata görə, iyulda gəlirlər 16,4 faiz artaraq 944 milyard rubla çatıb.

Neft və qaz kondensatının hasilatı və ixracı yeddi ay ərzində büdcəyə 7,944 trilyon rubl qazandırıb. Bir il əvvəl bu, 4,393 trilyon rubl təşkil edirdi. Mineral hasilat vergisi və qaza ixrac rüsumu 6,7 faiz artıb: 2024-cü ilin yanvar-iyul aylarında bir il əvvəlki 955,7 milyard rublla müqayisədə 1,022 trilyon rubl təşkil edib.

2024-cü ilin ilk yeddi ayında neftçilər də yanacaq üçün dempfer mexanizmi üzrə ödənişlər şəklində xəzinədən 1,128 trilyon rubl əldə ediblər ki, bu da 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 72,7 faiz çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR