İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Kiyevi atəşə tutması nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb - YENİLƏNİB-5

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb.

Musavat.com “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir. 

Son məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə bildirib ki, Rusiyanın atdığı 75 raketdən 41-i havada vurulub.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oliksiy Arestoviç isə teleqramda yazıb ki, durum müharibənin başladığı gün-fevralın 24-də olduğu kimi qorxulu deyil: “Savaş Ukraynanın qələbəsi ilə bitəcək”

***

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə və Dnepr şəhərində güclü partlayışlar baş verib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, paytaxtda 4 güclü partlayış səsinin eşidildiyi bildirilir.

Dneprdə isə azı 3 partlayışın baş verdiyi qeyd olunur.

****

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb.

Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.

****


Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.

Musavat.com "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış baş verib.

Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.

****

Hazırda Kiyevdə partlayışlar davam edir. Paytaxtda bütün yeraltı stansiyalar sığınacaq olaraq istifadə olunur və qatarların hərəkəti dayandırılıb.

 

****

Rusiya qoşunları bu dəqiqələrdə Ukraynanın paytaxtını ağır raket atəşinə məruz qoyur.

Musavat.com xəbər verir ki, məlumatı Kiyev şəhərinin meri Vitali Kliçko da təsdiq edib.

Lakin Kliçko hələlik dağıntılar və xəsarət alanlar barədə məlumata malik olmadıqlarını bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR