İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın keçmiş baş nazirinin dostu itkin düşüb

Sankt-Peterburqun Krasnoye Selo bələdiyyə dairəsinin keçmiş rəhbəri Nikolay Koloşinski məzuniyyətdə olarkən yoxa çıxıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, itkin düşən şəxs Rusiyanın sabiq baş naziri Sergey Stepaşinin yaxın dostu olmasıyla tanınır. Stepaşin müsahibələrində dəfələrlə Koloşinskini özünün yaxın dostu adlandırıb.

İlkin məlumatlara görə, keçmiş məmur motorlu qayıqla bəndi keçərək dənizə doğru üzüb. Versiyalardan birinə görə, alçaq körpünü aşmaq üçün o, qayığa uzanmalı idi, amma həmin an o, başını maneəyə vuraraq qayıqdan suya düşə bilərdi. Başqa bir balıqçı boş qayığı görüb və xilasediciləri çağırıb. Hazırda dalğıclar keçmiş məmuru axtarırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR