Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına haker hücumu olub.
Bu barədə FACCT kibertəhlükəsizlik şirkəti məlumat yayıb.
Şirkət VirusTotal platformasında zərərli fayl aşkar edib. İddia olunur ki, bu, Gümrüdəki Rusiya bazası ilə bağlıdır. Şirkətin məlumatına görə, zərərli fayl VirusTotal platformasına bazanın yerləşdiyi Gümrüdə yüklənib. Bu hücumda Ukrayna müharibəsində fərqlənmiş hərbi qulluqçuların dövlət mükafatları, eləcə də “Şücaət” ordeni ilə təltif edilmə “yem” kimi istifadə edilib.
FACCT əmindir ki, hücumu 2021-ci ildə Rusiyada hərbi-sənaye komplekslərinə müdaxilə edən “Core Werewolf” (PseudoGamaredon) kibercasus qrupu təşkil edib.
Rusiyanın Gümrüdəki hərbi bazasına kiber hücumlar 15 aprel 2024-cü il tarixindən əvvəl başlayıb.//Publika.az
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ