İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın daha bir təyyarəsi vurulub

Rusiyanın daha bir Su-25 hərbi təyyarəsi Xerson vilayətində vurulub. 

Musavat.com xəbər verir ki, bu barədə “Cənub” hava komandanlığı məlumat yayıb.

"Oktyabrın 10-da saat 14:30 radələrində Xerson vilayətində "Cənub" hava komandanlığının "Xerson" zenit-raket briqadasının bölməsi Rusiyanın Su-25 hücum təyyarəsini məhv edib", - məlumatda deyilir.

Qeyd edək ki, oktyabrın 10-da səhər saatlarında Rusiya Ukraynanın bir sıra bölgələrinə hücumlar həyata keçirib. Paytaxt Kiyevdə, həmçinin Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Poltava, Ternopil, Jitomir vilayətlərində partlayış səsləri eşidilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR