İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bu yerlərində Yeni il şənlikləri ləğv edildi

Rusiyanın bir neçə şəhərində Yeni il şənlikləri ləğv edilib.

Axşam.az xəbər verir ki, onların arasında Sankt-Peterburq, Kaluqa və Nijni Novqorod vilayətləri var. Yerli hakimiyyət orqanları xüsusi əməliyyata, səfərbər olunanlara və onların ailələrinə dəstək üçün qənaət edilən pulu göndərmək qərarı verib. Buna görə bütün kütləvi tədbirlər və atəşfəşanlıq ləğv edilib. Eyni zamanda Sankt-Peterburqda Şam ağacları qurulacaq. Onlar həmçinin Krımda şənliklərə xərcləri minimuma endirmək niyyətindədirlər. Orada atəşfəşanlıq ləğv edilib.

Bu arada açıqlama verən Müdafiə Nazirliyi “Qənaətləri ordunun təminatına yönəltmək üçün Rusiyanın regionlarında Yeni il tədbirlərini ləğv etməyə ehtiyac yoxdur” deyə, bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR