İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın belini qıran yeni embarqolar - Avropa Parlamenti tərəfindən dəstəkləndi...

Avropa Parlamenti Rusiyadan ixrac olunan neft və təbii qaza təcili embarqonun tətbiqini dəstəkləyib.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) deputatı Gi Verhofştadt bildirib.

Onun sözlərinə görə, AP deputatları əlavə cəza tədbirlərinə, o cümlədən Rusiyadan neft, kömür, nüvə yanacağı və qaz ixracına dərhal tam embarqo qoyulması çağırışı ilə bağlı qətnaməni dəstəkləyiblər.

Bildirilib ki, 552 deputatdan 513-ü sənədin lehinə, 22-si isə əleyhinə səs verib, 19 deputat bitərəf qalıb.

Məlumata görə, parlamentin qərarı məcburi xarakterli deyil, zəmanət mahiyyətlidir. Onun icra olunması üçün Avropa Komissiyası da qərar çıxarmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR