İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı Qərbin zərərindən qoruyan deputatın Avropadakı mülkləri üzə çıxdı

Rusiyada “Qərbin zərərli təsirləri” ilə mübarizə aparan deputatların və siyasətçilərin xaricdəki əmlakı hər kəsi təəccübləndirb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müxalif siyasətçi Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu bununla bağlı maraqlı faktlar aşkar edib.

Məlum olub ki, Rusiyada Qərbi pisləyən və Ukraynadkı müharibəni dəstəkləyən rusiyalı şovinist məmurlar və deputatlar Avropa ölkələrində özləri üçün heç də pis şərait qurmayıblar.

Belə ki, məsələn, Vahid Rusiya partiyasının üzvü və Dövlət Dumasının deputatı Oleq Morozovun Monteneqroda “Kaliforniya” adlı villası olduğu bilinib. Həmin malikanənin qiyməti 300 min avrodan çoxdur. Rəsmi bəyannamədə bu mülkün adı göstərilməyib və deputatın bacısının adına yazılıb.

7ebad843-11d4-4a0f-bd51-a7c32db141cb.jpg (367 KB)

Dövlət Dumasında “Xarici təsirlərə qarşı mübarizə komitəsi”nin üzvü sayılan Oleq Matveyçevin qızı İsveçrədə yaşayır. FBK deputatın qızı Lidiyanın “Vremya” fondundan pul aldığını da sübut edib. Həmin fondun təsisçisi elə Oleq Morozovun özüdür.

Bundan əlavə, araşdırmaçılar “Vahid Rusiya” ekspertlər şurasının koordinatoru və siyasi strateq Konstantin Kostinin İtaliyanın Toskana vilayətində villasını tapıblar. Mülk onun həyat yoldaşının adına qeydiyyata alınıb. Malikanənin qiyməti 1 milyon avrodan çoxdur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR