İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı milyarderlərin dondurulmuş aktivləri Ukraynaya köçürülə bilər

Avropa İttifaqı rəsmiləri Rusiya oliqarxlarının sanksiyalar altındakı aktivlərindən Ukraynanın müharibədən sonra yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə imkanlarını müzakirə edirlər.

Bu barədə Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

İdeya çox erkən mərhələdədir və hələ qərar verilməyib. Mənbələrin dediyinə görə, bir ehtimal ondan ibarətdir ki, aktivlərdən müharibə təzminatlarını maliyyələşdirmək üçün istifadə etmək olardı.

Bu aktivlərlə nə edəcəyinə dair qərar Aİ-yə üzv dövlətlərin ixtiyarındadır. Hazırda aktivlər yalnız dondurulub.

Bloomberg xatırladır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Aİ onlarla rus oliqarxına, o cümlədən ölkənin ən zəngin milyarderlərinə qarşı sanksiyalar tətbiq edib. Onların yaxtaları, şəxsi təyyarələri və villaları həbs edilib. Yalnız İtaliya təxminən 780 milyon avro dəyərində aktivlərini dondurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR