İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı milyarderlər 2022-ci ilin əvvəlindən təxminən 36 milyard dollar itiriblər

Rusiya milyarderlərinin ümumi sərvəti 2022-ci ilin əvvəlindən 35,94 milyard dollar azalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu hesablama “Bloomberg Milyarderlər İndeksi” (BBI) reytinqinin məlumatları əsasında aparılıb.

Ümumilikdə BBI reytinqinə 26 Rusiya vətəndaşı daxil edilib. Onların ümumi sərvəti bu ilin iyulun 1-nə 354,64 milyard dollar təşkil edib.

Rus milyarderlər arasında ən çox polad və dağ-mədən şirkəti “Severstal”ın ortaq sahibi Aleksey Mordaşov pul itirib. Onun itkiləri 5,94 milyard dollar təşkil edib, sərvəti isə 22,9 milyard dollara qədər azalıb.

Sərvətini artırması baxımından lider “Norilski Nikel” mədən-metallurgiya şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin sayılır. O 2022-ci ilin əvvəlindən varidatını 4,39 milyard dollar artıraraq 35,2 milyard dollara çatdırıb.

“Novatek” təbii qaz şirkətinin şəriki Leonid Mixelsonun sərvəti isə nəzərəçarpacaq dərəcədə azalıb. L.Mixelsonun zərərinin 3,53 milyard dollar olduğu bildirlir. İndi onun 28,9 milyard dollara malik olduğu qeyd edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR