İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı diplomatlar Avropada məhdudiyyətlə üzləşə bilərlər

Avropa İttifaqı ölkələri icma ölkələrində akkreditə olunmuş rus diplomatlarının Şengen zonası daxilində hərəkətinin məhdudlaşdırılması imkanını müzakirə edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, təklifi Aİ ölkələrinin müzakirəsinə Çexiya təqdim edib. Layihəyə əsasən, rusiyalı diplomatlara yalnız sənədləri verən ölkə daxilində hərəkət etməyə imkan verən viza və yaşayış icazəsi veriləcək. Bundan əlavə, onların qeydiyyatı üçün saxtalaşdırılması çətin olan biometrik pasportlar tələb olunacaq. Çexiya nümayəndələri iddia edirlər ki, məqsəd “casusluğa qarşı mübarizə” olacaq.

Nəşr qeyd edir ki, bu cür məhdudiyyətlərin hüquqi səbəblərə görə təcrübədə həyata keçirilməsi çətindir və buna görə də onların 12-ci sanksiyalar paketinin bir hissəsi kimi razılaşdırıla bilməsi ehtimalı azdır.

Məhdudiyyətlər layihəsində qeyd edilir ki, Rusiya diplomatik nümayəndələri artıq icma ölkələri tərəfindən verilən vizalarla Aİ daxilində sərbəst hərəkət edirlər. Bu da “potensial casusluq fəaliyyətinin monitorinqini” çətinləşdirir. Avropa Komissiyasının nümayəndələri nəşrin rus diplomatlarına münasibətdə bu cür məhdudiyyətlərin tətbiqinin mümkünlüyü ilə bağlı sorğusuna cavab verməyiblər.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR