İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması

"Rusiya Ukrayna ilə bağlı ilkin şərtləri, o cümlədən qoşunların çıxarılması tələbini qəbul etmir".

Musavat.com-un TASS-a istinadla məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, dialoqda yerdəki vəziyyət nəzərə alınmalıdır.

Rusiya XİN başçısının müavini əlavə edib ki, ölkəsi Fransa və Avstriyanın heç bir diplomatik səyini müşahidə etmir və onların danışıqlara çağırışları ritorikdir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR