İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan sertifikat almış gəmilər bu ölkəyə girə bilməyəcək

Bolqarıstan aprelin 8-də saat 00:00-dan Rusiya Dəniz Gəmiçiliyi Reyestri tərəfindən sertifikatlaşdırılmış gəmilərin reyestr limanından asılı olmayaraq ölkənin dəniz və çay limanlarına girişinə qadağa tətbiq edəcək.

“Report” xəbər verir ki, qadağa Avropa İttifaqının Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında tənzimləməsi əsasında tətbiq edilir.

Qeyd edək ki, 2022-ci ilin aprelində Rusiya bayrağı altında üzən gəmilərin Bolqarıstan limanlarına girişinə qadağa qoyulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR