İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan qaçaq düşənlər kütləvi şəkildə geri qayıdır

Ukrayanda başlanan müharibədən sonra Rusiyadan qaçan vətəndaşlar xaricdə həyat şəraitinin pisləşməsi və Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Rusiyaya qayıtmağa başlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzetində çıxan yazıda məlumat verilir. Qəzet yazır: “Bu, şübhəsiz ki, klassik mənada iqtisadi miqrasiya deyil. Bunlar Rusiyada çox səriştəli mütəxəssislər olan insanlardır, indi isə pullarını, statuslarını itirirlər...”

Avropa Universitetinin tədqiqatçısı İvetta Sergeyevanın araşdırmasına görə, müharibə başlayandan sonra Rusiyadan qaçan vətəndaşların 15%-ə qədəri artıq geri qayıdıb. Araşdırmada arvadı ilə əvvəlcə Ermənistana, sonra isə Qazaxıstana gedən mütəxəssis İqor Qazarovun nümunəsi də göstərilir. Bir neçə həftəlik əmək fəaliyyətindən sonra cütlük "Qazaxıstanın həyat səviyyəsinin öhdəsindən gələ bilmədikləri" qənaətinə gəlib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkəyə qayıdan “qaçqınları” gözlədiyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR