İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan gedən xarici şirkətlərin aktivlərini ələ keçirənlər sanksiyaya məruz qalacaq

Avropa İttifaqı (Aİ) Rusiyanı tərk etmiş Avropa şirkətlərinin Rusiyadakı aktivlərini ələ keçirən yerli şirkətləri və iş adamlarını sanksiya siyahısına salacaq.

Musavat.com xəbər verir ki, “Politico” qəzetinin əlində olan sənədə istinadən yaydığı məlumata görə, bu, Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 12-ci sanksiya paketində əksini tapacaq.

Aİ səfirlərinin müzakirə etdiyi sənədə görə, Aİ-nin yeni sanksiyaları Rusiyanı tərk etmiş Avropa şirkətlərinin aktivlərinin transferindən “bəhrələnən” şəxsləri və ya təşkilatları hədəf ala bilər.

Avropa Komissiyasının hazırladığı AB-nin Rusiyaya qarşı sanksiyalarının 12-ci paketi keçən həftə Aİ ölkələrinin təsdiqinə təqdim edilib. Brüssel sanksiyaların bu ilin sonuna qədər qüvvəyə minməsini nəzərdə tutur.

Qeyd edək ki, ötən il qəbul edilmiş qanunvericiliyə əsasən Rusiyanı tərk edən xarici şirkətlərin aktivlərinin satışına o halda icazə verilir ki, dəyərinin yarısından imtina edilsin. Bundan əlavə, alqı-satqının dərhal qüvvəyə minməsi üçün xarici şirkət müqavilə dəyərinin 20 faizindən də imtina etməlidir, əks halda uzun illər boyu gözləməli olacaq. Bu müddəalardan istifadə edən Kremlə yaxın şirkət və iş adamları xarici şirkətlərin aktivlərini kütləvi şəkildə ələ keçirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR