İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Azərbaycana ekstradisiya edilmiş şəxs məhkəmə qarşısına çıxarılır

Bakıda 2019-cu ildə anasını və bacısını qətlə yetirib Rusiyaya qaçan, sonradan beynəlxalq axtarışa verilərək Azərbaycana ekstradisiya edilən Murad Niftizadənin cinayət işi üzrə ilkin istintaq yekunlaşıb.

APA xəbər verir ki, iş üzrə toplanmış sübutlarla Murad Niftizadəyə Cinayət məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham verilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.

Rəsmi məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul edilib.

Sabunçu rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Murad Niftizadə Rusiya Federasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Rusiyadan Azərbaycana gətirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR