Onlayn ictimai-siyasi qəzet
Fevral ayında Rusiyada bütün kateqoriyalardan olan təsərrüfatlarda (kənd təsərrüfatı təşkilatları, fermerlər, ev təsərrüfatları) yumurta istehsalı 3,3 milyard ədəd təşkil edib ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 1,7 faiz azdır.
Rusiya Statistika Xidmətinin məlumatına əsasən yanvar ayı ilə müqayisədə istehsal 9,2 faiz, iki ayda isə 1,8 faiz azalaraq 7 milyard ədəd təşkil edib.
Kənd təsərrüfatı təşkilatlarında fevralın sonunda quşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az olub. Hər yumurtlayan toyuq 51 yumurta verib ki, bu da ötən ilin iki ayının göstəricisinə uyğundur.
Qeyd edək ki, Rusiyada ötən ilin payızından toyuq əti və yumurta çatışmazlığı və sürətli qiymət bahalaşması müşahidə olunur. Hökumət bahalaşma və qıtlığın qarşısını almaq üçün xaricdən idxalı gömrük rüsumundan azad edib. Qərar verilərkən bu ilin birinci yarısında Rusiya daxilində istehsalın artacağı və iyundan rüsumların bərpa olunacağı qeyd edilmişdi. Lakin rəsmi statistika göstərir ki, yerli istehsal nəinki artmır, əksinə, daha da azalır. Bu isə o deməkdir ki, rüsumsuz idxalın müddəti uzadılacaq.
Rüsumsuz idxal başlanandan Azərbaycandan Rusiyaya 40 milyona yaxın yumurta ixrac olunub.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ