Onlayn ictimai-siyasi qəzet
İstanbul şəhərinin ətrafındakı çimərlikdə, Ukrayna hərbçiləri tərəfindən buraxılması ehtimal olunan kamikadze PUA (pilotsuz uçuş aparatı) aşkarlanıb.
Sahilə çıxmış dronu Uzunkum çimərliyində istirahət edənlər aşkarlayıblar.
Onlar təcili xidmətlərin əməkdaşlarını çağırıblar. Əraziyə gəlmiş istehkamçılar sahilin bir hissəsini əhatəyə alıblar.
Hələlik obyektin haradan gəldiyi dəqiq müəyyən edilməyib. Lakin o, Ukraynaya məxsus kamikadze dronuna bənzəyir və partlayıcı ilə təchiz edilib.//Oxu.Az
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ