İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail bazar günü İrana hərbi zərbə endirə bilər

Tehran ABŞ-nin nüvə proqramına ciddi məhdudiyyətlər nəzərdə tutan təklifini qəbul etməsə, İsrail iyunun 15-də İrana hərbi zərbə endirə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, İsrail İrandan nüvə silahında istifadə oluna bilən parçalanan materialın istehsalını dayandırmağa razılıq verməsini istəyir. Əks halda, Tel-Əviv İrana hücum etməyə hazırdır.

Bundan əvvəl “ABC News” öz mənbələrinə istinadən xəbər verir ki, İsrail yaxın günlərdə İrana hərbi zərbə endirə bilər. Onların sözlərinə görə, qərar hələlik yekun qəbul edilməyib, lakin regionda gərginliyin artması fonunda belə bir variant aktiv şəkildə müzakirə olunur.

"Politico" isə öz mənbələrinə istinadla yazıb ki, İsrail nümayəndələri bu həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşməyi planlaşdırırlar. Bildirilir ki, görüşdə əsas müzakirə mövzusu İsrailin mümkün hücumu ola bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR