Onlayn ictimai-siyasi qəzet
ABŞ İran neftini daşıyan kölgə donanmasına qarşı daha iki sanksiya qərarı verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı maliyyə Naziri Scott Bessent açıqlayıb.
O, Senatdakı dinləmələrdə bildirib ki, sanksiya qərarlarını bu gün imzalayıb: "Bu səhər mən İrana qarşı sanksiyalarla bağlı daha iki sərəncam imzaladım. Biz İrana maksimum təzyiq göstəririk. Biz onların kölgə donanmasının izinə düşməyə çalışırıq".
Bessent qərarların məzmununu açıqlamayıb.
Qeyd edək ki, İranla mayın əvvəlindən başlanan danışıqlar fonunda ABŞ Tehrana qarşı sanksiyalarda bir neçə həftəlik fasilə versə də, razılaşma olmadığına görə ötən həftə İranın xeyrinə pulların yuyulması ilə bağlı 10 şəxs və 27 şirkətə sanksiya tətbiq etməklə prosesi bərpa edib.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ