Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası İsrail hökumətinə açıq şəkildə bildirib ki, İranın nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyatlarda ABŞ birbaşa iştirak etməyəcək.
Musavat.com-un məlumatına görə, bu barədə "Axios" nəşri məlumat yayıb.
Mənbəyə görə, ABŞ-ın İsrailə kəşfiyyat məlumatları və ya logistik dəstək, o cümlədən hava yanacaqdoldurma yardımı göstərəcəyi dəqiqləşməyib. Lakin ABŞ-ın, əvvəlki hücumlarda olduğu kimi, İsrailə İrandan gələcək cavab zərbələrindən qorunmaq üçün dəstək verəcəyi ehtimal olunur.
Nəşr yazır ki, İsrail İranın nüvə proqramına ciddi zərbə endirə bilər, lakin ABŞ-ın iştirakı olmadan belə bir əməliyyat daha məhdud olacaq. İsrail Hərbi Hava Qüvvələrinin ABŞ-ın B-2 və ya B-52 bombardmançılarına malik olmaması, yeraltı bunkerlərdə yerləşən nüvə obyektlərini tamamilə məhv etmək imkanlarını azaldır.
İsrailin Müdafiə Ordusu hazırda yüksək döyüş hazırlığı vəziyyətindədir və əgər bu həftəsonu Vaşinqtonla Tehran arasında danışıqlar nəticəsiz başa çatsa, Tehrana qarşı sürətli hücum həyata keçirməyə hazırdır.
Analitiklər isə bu əməliyyatın uğurla nəticələnəcəyinə dair bölünmüş fikirdədirlər.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ