Onlayn ictimai-siyasi qəzet
Ukrayna qüvvələri tərəfindən əsir götürülən və "Staf" ləqəbli rus hərbçidən götürülən videoda onun digər əsgəri metal çubuqla vəhşicəsinə döydüyü əks olunub.
Musavat.com xəbər verir ki, hadisə barədə məlumat "Nikolayevskiy Vanek" Teleqram kanalında yayılıb. Bildirilir ki, görüntülərdəki şəxs – Valeriy Dudçenko ("Staf") özü də döyülən əsgərlə eyni bölmədə xidmət edib və “tərbiyəvi məqsədlə” ona qarşı bu zorakılığı törədib.
"Staf" deyib ki, döydüyü silahdaş – "Samara" ləqəbli hərbçi – Ukrayna ordusu ilə qarşılaşma zamanı döyüş meydanını tərk edib və nəticədə rus əsgərlərindən biri həlak olub. Bu səbəbdən onu cəzalandırmaq qərarına gəlib.
Hadisə Rusiya ordusundakı daxili intizamın qeyri-insani üsullarla təmin olunduğunu bir daha göstərir.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ