İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yaşayan azərbaycanlı Elman Paşayevin vəkillik statusu bərpa edildi- 5-ci dəfə

Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev 5-ci dəfə öz vəkillik statusunu bərpa edə bilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı jurnalist Turan İbrahimov sosial şəbəkə vasitəsilə paylaşıb. Onun paylaşdığı videodan Elman Paşayevin əlində vəkilliyini bərpa etməsi ilə bağlı sənəd olduğu görünür.

WhatsApp Image 2022-09-09 at 14.41.41.jpeg (95 KB)

Qeyd edək ki, 2020-ci ildə Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı vəkil E. Paşayevin vəkillik statusunun ləğv olunmasını təklif edib.

Rusiya Ədliyyə Nazirliyi E. Paşayevin vəkillik statusunun ləğv olunmasından ötrü Şimali Osetiya və Moskva üzrə ərazi regional idarələrinə vəkillər palatasına təqdimat vermək üçün tapşırıq verib.
E.Paşayevlə yanaşı nazirlik vəkil A. Dobrovinskinin də barəsində nizam-intizam işinin açılmasını təklif edib.

Xatırladaq ki, E. Paşayev 2020-ci ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. A. Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR