İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada vəkillər ayağa qalxır 

Rusiyada ölkə müxalifətinin lideri sayılan Aleksey Navalnının hüquqlarını müdafiə edən vəkillərə qarşı repressiyalar başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hələ bu ilin oktyabrın 13-də Aleksey Navalnının 3 vəkili - İqor Serqunin, Aleksey Liptser və Vadim Kobzev iki ay müddətinə istintaq təcridxanasına göndərilib.

Hakimlər Yevgeniya Nikolaeva və Yelena Lenskaya onlar üçün qabaqlayıcı tədbirlər seçiblər. Bu gün isə Aleksey Navalnının dördüncü vəkili Aleksandr Fedulovla əlaqə itib. Fedulov məhkəmə iclasına gəlməyib, telefonu söndürülüb.

Olayla bağlı 25 vəkil bütün həmkarlarını tətil etməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR