İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Stalin dövrünün qanunu - “ordunu gözdən salmaq”...

Düz bir il əvvəl Rusiyada mürtəce “Ordunu gözdən salmaq haqqında” qanun tətbiq olunmağa başlayıb.

Artıq Rusiyada yeni siyasi məhbus növü peyda olub – “Ukraynadkı işğalı tənqid etdiyinə görə həbs edilənlər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların bəzilərinə “kumulyativ əsasda” hökm çıxarılıb. Bir çoxlarına anomal uzun cəzalar tətbiq olunub. Həmin şəxslərin əksəriyyəti Putin rejiminə müxalif siyasətçilərdir.

Bu maddə ilə tətbiq olunan cəzalar Rusiyada qatillərə, təcavüzkarlara, quldurlara verilən şərtlərlə müqayisə edilə bilər. Son dövrlərdə sonuncular hətta azadlığa buraxılır, siyasi məhkumlara isə amansız rejim tətbiq olunur.

Həmin maddə üzrə həbs olunan məşhur siyasətçilər aşağıdakılardır

Bələdiyyə deputatı İlya Yaşin. O, Buçada dinc əhalinin qətlə yetirilməsini qınayıb. Buna görə, Yaşin 8,5 il həbs cəzası alıb.

Bələdiyyə deputatı Aleksey Qorinov. Sadəcə işğalı “müharibə” adlandırdığı və onu dayandırmağa çağırdığı üçün tutulub - 7 il həbs.

Jurnalist Mariya Ponomarenko teleqram kanalında rus ordusunun Mariupoldakı dram teatrını bombaladığını yazıb - 6 il həbs.

466f4af2-8d78-45de-9404-dec12a5dfa05.jpg (53 KB)

Ukrayna şəhərlərinin bombalanması barədə Qərb mediasında danışan müxalifət lideri Vladimir Kara-Murzanı 3 müxatəlif “cinayət” işinə görə 20 ilə qədər həbs gözləyir. İstintaq təcridxanasındakı işgəncə şəraiti ilə əlaqədar siyasətçinin səhhəti ağırlaşıb.

Rəssam Aleksandra Skoçilenkonu 10 ilə qədər həbs cəzası gözləyir. O, mağazalardakı qiymət etiketlərini müharibə əleyhinə vərəqələrlə əvəz edibmiş.

Andrey Pivovarov - "arzuolunmaz təşkilat" (QHT) ilə əməkdaşlıq etdiyi üçün rekord 4 illik cəza alıb.

“Ordunu gözdən salmaq” maddəsi gənc vətəndaşlara da aman vermir. Həmin maddə üzrə ən gənc müttəhim 18 yaşlı Maksim Lıpkan olub.

Tula bölgəsində isə məktəblinin atası qızının müharibə əleyhinə çəkdiyi rəsmə görə nəzarətə götürülüb. Qız uşaq evinə göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR