İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada səfərbər olunanların sayı MƏLUM OLDU - ŞOK RƏQƏMLƏR

Ukrayna ilə müharibəyə səfərbər olunan rusların sayı hakimiyyətin qeyd etdiyi 300 min nəfəri keçə bilər və hətta yarım milyondan çoxdur.

Musavat.com xəbər verir ki, bu barədə “Mediazona” saytı məlumat yayıb. Sayt öz informasiyasını Rusiyada son dörd ayda qeydə alınan nikahların sayı ilə müəyyənləşdirib.

Saytın yazdığı kimi, qeydiyyat şöbələrinin yeni hesabatları çağırılanların sayını dəqiqləşdirməyə imkan verib. “Mediazon” bu rəqəmi 525 min nəfər kimi təqdim edib.

Məlum olub ki, ötən il sentyabrın 21-də qondarma qismən səfərbərlik başlayandan sonra çağırış vərəqəsini alan kişilərə tezləşdirilmiş qaydada - həmişəki kimi bir ay gözlədikdən sonra deyil, dərhal nikaha girməyə icazə verilib. "Uzun müddət bir yerdə yaşamış, lakin münasibətlərini rəsmiləşdirməmiş səfərbər edilmiş insanlar bundan kütləvi şəkildə yararlandılar", - deyə, xəbərdə qeyd olunur.

Oktyabrın sonunda səfərbərlik çağırışı rəsmən başa çatsa da, nikahların qeydiyyatı davam edib. Belə ki, ötən ilin dekabr ayında Saratov vilayətində, yəni səfərbərliyin başa çatması elan edildikdən bir ay sonra səfərbər olanların iştirakı ilə 117, Omsk vilayətində isə 89 toy qeydə alınıb.

Mediazona, həmçinin Rosstat (Federal dövlət statistika agentliyi) məlumatlarına da istinad edib. 2022-ci ildə nikah qeydiyyatının sayında əvvəlki illə müqayisədə kəskin artım müşahidə olunub. Ötən ilin noyabrında bir il əvvəlki eyni ayla müqayisədə 45 min, dekabrda isə 16 min nəfər çox nikah qeydiyyata alınıb.

"Mediazona" 50 regionun məlumatları əsasında səfərbər olunanların mümkün sayını hesablayıb ki, orada çağırış vərəqəsi alan təxminən 25 000 kişinin evləndiyi ortaya çıxıb. “Mediazona” hərbi yaşda olan subay kişilərin sayına dair məlumatlara əsaslanaraq belə nəticəyə gəlir ki, bu regionlarda 240 minə yaxın, Rusiya üzrə isə təxminən 525 min nəfər hərbi xidmətə çağırılıb.

Rusiya prezidenti Vladimir Putin və digər Rusiya liderləri isə 300 min insanın orduya çağırıldığını, daha 20 min nəfərin isə könüllü olaraq orduya getdiyini bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR