Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Moskva vilayətinin Stupino şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin Mətbuat Xidmətindən “RİA Novosti”yə bildirilib.
Məlumata görə, hadisə çoxmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində baş verib. Hadisənin nasazlıq səbəbindən məişət qazı xəttində sızmadan baş verdiyi bildirilib.
Qeyd olunub ki, qəzanın nəticələrinin aradan qaldırmaq üçün hadisə yerinə 59 nəfər, 20 texnika cəlb edilib.
30 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ