İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada polkovniklə mübahisə edən könüllü döyüşçü həbs edildi

Rusiyanın Moskva vilayətində, “Patriot” parkında rus polkovniki ilə mübahisə edən əsgər həbs edilib.
Musavat.com xarici agetnliklərə istinadən xəbər verir ki, polkovnik-leytenant Denis Mazanova söyüş söyən çaırışçı Aleksandr Leşkova qarşı cinayət işi açılıb. “Caution News” kanalının məlumatına əsasən, indi onu 15 ilə qədər həbs cəzası gözləyir.

İstintaq Leşkovun polkovnik-leytenantın qarşısında qəsdən elektron siqaret çəkdiyini, onun sinəsindən bir dəfə zərbə endirdiyini, yol boyu həmkarlarını komandanlığın əmrlərinə tabe olmamağa çağırdığını və komandiri nalayiq ifadələrlə təhqir etdiyini göstərib. Leşkova qarşı hərbi rəhbərə qarşı zorakılıq və onu təhqir etmə maddələri ilə iş açılıb

Lakin Leşkovun müdafiəçiləri işin başqa hallarına diqəti cəlb edirlər. Onlar Leşkovun səfərbərliklər deyil, könüllü olaraq müharibəyə qatıldığını bildiriblər. Lakin zəif təchizat və təlimin olmaması Leşkov kimi digər əsgərlərin də narazılığına səbəb olubmuş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR