İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada parad: ləğv edilən hissə və... - Putin nələr söylədi?

Moskvada Qızıl Meydanda qələbənin 77 illiyinə həsr olunan parad başa çatdı.

Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, paradın hava hissəsi ləğv edilsə də, quru qoşunları sıra marşı keçiriblər. Məlumata görə, paradda 131 hərbi texnika iştirak edib.

Bundan başqa strateji “YARS” raket kompleksi də nümayiş olunub.

Rusiya Prezidenti Vladimir Putin paradda Rusiya-Ukrayna müharibəsi barədə də danışıb. O bildirib ki, Donbasda növbəti cəza əməliyyatına gedirdi.

“Kiyevdə nüvə silahının əldə edilməsini bəyan etmişdilər və NATO bloku bizə bitişik ərazilərin aktiv şəkildə hərbi mənimsənilməsinə başlamışdı.

Beləliklə, bizim üçün və birbaşa sərhədlərimizdə tamamilə qəbuledilməz təhlükə yarandı”, - Rusiya Prezidenti vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR