Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin sonuna Rusiyada 523 milyon ton və ya bir qədər az həcmdə neft hasil olunacağı gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiyanın energetika naziri Nikolay Şulqinov açıqlayıb:
"Biz gözlənilən hasilat həcmini (2023-cü il üçün proqnoz - red.) 523 milyon ton deyə bilərik. Amma bu, bir qədər az da ola bilər".
"İnterfaks"ın yazdığına görə, oktyabrda Rusiya baş nazirinin müavini Aleksandr Novak cari il üçün 525-527 milyon ton neft proqnozunu açıqlamışdı. 2022-ci ildə Rusiyanın 535 milyon ton neft istehsal etdiyini nəzərə alsaq, 2023-cü ildə hasilatın 2,2 faiz azalacağını söyləmək olar.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ