Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə mühüm razılaşma əldə olunub.
Məlumata görə, tərəflər “Boeing” təyyarələrinin tədarükü ilə bağlı razılığa gəliblər. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Vaşinqtonun Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak açıqlama verib.
O, Ağ Evin mətbuat hovuzunda jurnalistlərə bildirib: “Razılaşma tamamlandı”.
Razılaşmanın detalları barədə əlavə məlumat verilməyib.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ