İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Baş naziri: “Zelenski ilə polemikaya girməyəcəm”

Musavat.com xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukrayna Prezidenti Vladimir Zelenski ilə açıq mübahisəyə girməyəcəyini bəyan edib.

Baş nazir jurnalistlərə açıqlamasında bildirib:

“Mən Zelenski ilə polemikaya girmək istəmirəm. Demokratiya və insan haqları məsələsinə gəldikdə isə, Ukraynada bu baxımdan faciəvi bir vəziyyət yaranıb – həm demokratiya, həm də insan haqları nöqteyi-nəzərindən”.

Qeyd edək ki, son dövrlərdə Tbilisi ilə Kiyev arasında münasibətlərdə gərginlik müşahidə olunur. Gürcüstan rəhbərliyi Ukraynanı siyasi ittihamlarla tənqid edərkən, Kiyev isə Tbilisinin bəzi qərarlarını demokratiya və Avroatlantik inteqrasiya prinsiplərinə zidd hesab edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR