İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və ABŞ “sülh atomu” sahəsində strateji əməkdaşlıq sazişi imzaladı

Musavat.com xəbər verir ki, Vaşinqtonda ABŞ və Türkiyə arasında atom enerjisindən dinc məqsədli istifadə sahəsində yeni strateji əməkdaşlıq sazişi imzalanıb.

Anlaşma sənədinin imzalanma mərasimi ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.

Saziş iki ölkə arasında nüvə enerjisindən yalnız dinc məqsədləri üçün istifadəyə, müasir texnologiyaların mübadiləsinə, elmi-tədqiqat əməkdaşlığına və nüvə təhlükəsizliyinin təmin edilməsinə dair mühüm razılaşmaları ehtiva edir. Bu əməkdaşlıq çərçivəsində Türkiyənin enerji sektoruna yüksək texnologiyaların gətirilməsi, yeni nəsil atom elektrik stansiyalarının tikintisi və nüvə kadrlarının hazırlanması nəzərdə tutulur.

Ekspertlərin fikrincə, imzalanan sənəd Türkiyənin enerji müstəqilliyinə doğru atdığı mühüm addım olmaqla yanaşı, Vaşinqton-Ankara münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğunu da göstərir. ABŞ tərəfi bildirir ki, bu əməkdaşlıq regionda enerji təhlükəsizliyini gücləndirəcək və iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, son illərdə Türkiyə alternativ enerji mənbələrinin inkişafı və nüvə texnologiyalarının tətbiqi istiqamətində ciddi addımlar atır. ABŞ-la imzalanmış bu strateji saziş isə həmin planların reallaşması üçün yeni perspektivlər açacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR