İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırdı  

Polşanın Minskdəki səfirliyi öz vətəndaşlarını Belarusu tərk etməyə çağırıb və ölkəyə bütün səfərlərdən çəkinməyi tövsiyə edib.

Musavat.com xəbər verir ki, məlumat səfirliyin saytında yerləşdirilib: "Xarici İşlər Nazirliyi Belarus Respublikasında qalan Polşa vətəndaşlarını mövcud kommersiya və şəxsi vasitələrdən istifadə etməklə dərhal onun ərazisini tərk etməyə çağırır. Səfirlik bir daha bəyan edir ki, vəziyyətin gərginləşməsi, regionda davam edən müharibə və Polşa vətəndaşlarının dəfələrlə özbaşına həbsləri ilə əlaqədar Xarici İşlər Nazirliyi Belarus Respublikasına bütün səfərlərdən çəkinməyi tövsiyə edir”.

Səfirlik Belarusdakı polyaklara mümkün çətinliklər barədə xəbərdarlıq edib: "Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR