İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kartof-soğan sürətlə bahalaşır: Azərbaycana təsiri olacaqmı?

Rusiyada kartofun qiymətində kəskin bahalaşma qeydə alınır.

Musavat.com Rosstat-a istinadən məlumat verir ki, mayın 14-dən mayın 20-dək kartof 7,9 faiz bahalaşıb. Bir həftə əvvəl qiymət artımı 4 faiz olmuşdu.

Ötən həftə ərzində həmçinin soğan 6,9 faiz (bir həftə əvvəl 4,4 faiz), yerkökü 4,7 faiz (4,1 faiz) bahalaşıb. Bu tərəvəzlər meyvə-tərəvəz bazarında artım templərinə görə liderlik edir.

Rosstat həmçinin bildirib ki, çuğundur 4,2 faiz (3,5 faiz), kələm 3,2 faiz (3,3 faiz), alma 1,5 faiz (1,4 faiz), banan 0,6 faiz (0,2 faiz) bahalaşıb.

Ötən həftə Rusiyada xiyarın qiyməti 10,4 faiz (5,7 faiz), pomidorun qiyməti 6,1 faiz (3,2 faiz) ucuzlaşıb.

Ümumilikdə meyvə-tərəvəz məhsulları 0,7 faiz (0,1 faiz) ucuzlaşıb.

İlin əvvəlindən ən çox çuğundur - 1,7 dəfə bahalaşıb. Kələm və kökün qiyməti təxminən 1,5 dəfə, kartofun qiyməti 27,5 faiz, almanın qiyməti 16,1 faiz, soğanın qiyməti 22,9 faiz, bananın qiyməti 9,6 faiz, pomidorun qiyməti 7,1 faiz artıb, xiyarın qiyməti 29,5 faiz ucuzlaşıb.

Qeyd edək ki, Azərbaycanda istehsal olunan meyvə-tərəvəzin əsas ixrac bazarı Rusiyadır. Xüsusilə faraş kartof-soğanın demək olar ki, bütün həcmləri bu ölkəyə satılır. Nəzərə alsaq ki, Azərbaycanda ixrac olunan məhsulların qiyməti əsas ixrac bazarına uyğunlaşdırılır, onda tezliklə ölkəmizdə də kartof-soğanın bahalaşmasını müşahidə edəcəyimizi söyləyə bilərik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR