İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kafeyə qumbara atıldı: ölən və yaralananlar var

Musavat.com xəbər verir ki, Rusiyanın Ryazan şəhərində “Malina” ticarət mərkəzinin yaxınlığında güclü partlayış baş verib.

Hadisə nəticəsində azı bir nəfər ölüb, daha üç nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, partlayış yerində əldəqayırma partlayıcı qurğu işə düşüb. Şahidlərin sözlərinə görə, zərərçəkənlərdən birinin ayağı partlayış zamanı qopub. Digər yaralıların vəziyyəti ilə bağlı isə hələlik dəqiq məlumat verilmir.

Hadisənin baş verdiyi “Malina” ticarət mərkəzi Ryazanın mərkəzində yerləşir. Həmin ərazidə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəlib, təxirəsalınmaz tədbirlər həyata keçirirlər.

“Baza” Teleqram kanalı isə məlumat yayıb ki, partlayış nəticəsində kafeyə qumbara atılıb və bu, insidentin əsas səbəbi kimi göstərilir. Hazırda hadisənin təfərrüatları araşdırılır, istintaq qrupu yaradılıb.

Rəsmi qurumlar və hüquq-mühafizə orqanları tərəfindən partlayışın səbəbi və təfsilatları ilə bağlı yaxın vaxtlarda əlavə açıqlamaların veriləcəyi gözlənilir.

Hadisə şəhər sakinləri arasında narahatlıq yaradıb və ətraf əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR