Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp ticarət sazişləri üzrə son müddətin iyulun 9-dan avqustun 1-dək uzadılması barədə sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin açıqladığı sərəncamda qeyd olunur: “Yüksək vəzifəli şəxslərdən alınan əlavə məlumat və göstərişlərə, o cümlədən ticarət tərəfdaşlarımızla aparılan danışıqların gedişi ilə bağlı məlumatlara əsasən, sərəncamın qüvvədə olma müddətinin 2025-ci il avqustun 1-dək uzadılmasını zəruri və məqsədəuyğun hesab etdim”.
Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən Tramp etiraf edib ki, ticarət tariflərinin qüvvəyə minməsi üçün avqustun 1-nə nəzərdə tutulan son tarix təxirə salına bilər. Ondan rüsumların qüvvəyə minməsi üçün “son müddət”dən söhbət gedib-getmədiyi soruşulub: “Xeyr, mən deyərdim ki, bu, son tarixdir, lakin bu, 100 faiz son deyil. Əgər onlar zəng edib fərqli bir şey etmək istədiklərini söyləsələr, biz buna açıq olacağıq. Ancaq hazırda vəziyyət belədir".
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ