İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Ərdoğana qarşı Ermənistan kartını açır: Yeni Dehlidə “soyqırımı” tanımaq planı

Musavat.com bildirir ki, The Week jurnalının yazdığına görə, Hindistan ilə Ermənistan arasındakı münasibətlər son vaxtlar sürətlə dərinləşir. Elə bu fonunda da Hindistanda Osmanlı imperiyası dövründə — Birinci Dünya Müharibəsi zamanı baş verdiyi iddia edilən erməni “soyqırımı”nı tanımağa çağırışlar səslənir.

Məqalədə qeyd olunur ki, Yeni Dehli Qərbi Asiyada Yunanıstan, Kipr və Ermənistan kimi ölkələrlə əlaqələrini genişləndirərək öz təsir dairəsini böyütməyə çalışır. Xüsusilə diqqət çəkən məqam budur ki, bu dövlətlərin hər biri Türkiyə ilə gərgin münasibətlərə malikdir. Analitiklər bildirirlər ki, Hindistan bu cür ittifaqlar vasitəsilə prezident Rəcəb Tayyib Ərdoğanın bölgədəki siyasi-ideoloji təsirinə əngəl olmaq istəyir.

The Week həmçinin yazır ki, Ermənistan son illərdə, xüsusilə də Qarabağ müharibəsində Türkiyənin Azərbaycana güclü dəstək verməsindən sonra Hindistandan müdafiə sahəsində ciddi yardımlar almağa başlayıb. Bu da iki ölkə arasında hərbi-siyasi tərəfdaşlığı daha da gücləndirib.

Məlumata görə, yaxın vaxtlarda Hindistan parlamentində erməni diasporunun təşviqi ilə qondarma “soyqırım”ın tanınması məsələsi müzakirəyə çıxarıla bilər. Əgər bu baş verərsə, Yeni Dehlinin Ankaraya qarşı açıq siyasi mesajı kimi dəyərləndiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR