İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kafedə yanğın törədən şəxs saxlanılıb

Rusiyanın Kostroma şəhərindəki kafedə yanğını törədən şəxs saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Kostroma şəhərinin “Poliqon” kafesində güclü yanğın və damın uçması nəticəsində 14 nəfər həlak olub, 49 nəfər xəsarətlərlə tibb müəssisələrinə müraciət edib. Xatırladaq ki, hadisə müştərilər arasında qalmaqal yaranması və onlardan birinin qapalı məkanda fişəng atması nəticəsində baş verib. Alov 3500 kvadratmetr ərazini bürüyüb. Xilasedicilər klubdan 250 nəfəri təxliyə ediblər.

“Poliqon” kafesinin sahibi Kostroma vilayət Dumasının deputatı İxtiyar Mirzəyevdir. O, zərərçəkənlərə və həlak olanların ailələrinə yardım göstərəcəyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR