Onlayn ictimai-siyasi qəzet
Kadr çatışmazlığı yaşayan Rusiyanın 100-dən çox müəssisəsi Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinə işçi qüvvəsi ilə təmin olunmaq üçün sorğu göndərib.
Musavat.com-un xəbərinə görə, bu barədə VIII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunda Tacikistanın əmək naziri Gülnorə Xasanzoda məlumat verib.
Onun dediyinə görə, 102-dən çox Rusiya müəssisəsi quruma rəsmi olaraq sorğu göndərib. G.Xasanzoda bildirib ki, ölkəsi Rusiyanın miqrasiya qaydalarını sərtləşdirməsini müsbət qiymətləndirir, bunun qanunsuz hərəkətlərin qarşısını almağa yönəldiyinə əmindir.
2023-cü ildə Rusiyada işsizlik tarixi minimum səviyyəyə çatıb - onun orta illik səviyyəsi 3,2 faiz təşkil edib. Bu, 1992-ci ildən bəri ən aşağı göstəricidir. “FinExpertiza” audit və konsaltinq şəbəkəsinin analitik xidmətinin mütəxəssisləri “Rostrud” və “Rosstat”ın məlumatlarının tədqiqinin nəticələrinə əsasən qeyd ediblər ki, 2023-cü ilin sonuna Rusiyada kadr ehtiyatı 2005-ci ildən bəri minimum səviyyəyə enib: Bir işsizə dörd vakant yer düşür.
Tacikistanın Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiyaya işləmək üçün gedənlərin sayı 2022-ci ildəki 794 min nəfərə qarşı 15 faiz azalaraq 627 min nəfər olub.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ