Onlayn ictimai-siyasi qəzet
Braziliya prezidenti Lula da Silva Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik təşəbbüsü ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Çin Xalq Respublikasında keçirdiyi mətbuat konfransında çıxış edən Lula Rusiya prezidenti Vladimir Putini Ukrayna lideri Volodimir Zelenski ilə İstanbulda görüşməyə razı salmağa çalışacağını bəyan edib.
“Mən çalışacağam ki, Putinlə danışım. Mənim üçün ona demək çətin deyil: “Ey, yoldaş Putin, Allah xatirinə, İstanbulda danışıqlara get””, - deyə Braziliya lideri zarafatyana, lakin ciddi bir mesajla bildirib.
Bu bəyanatı Fransa mətbuatı – “Ouest-France” yayımlayıb.
Xatırladaq ki, hazırda Ukrayna və Rusiya arasında danışıqların bərpası üçün bir sıra beynəlxalq təşəbbüslər irəli sürülür və İstanbul bu görüş üçün neytral və diplomatik baxımdan əlverişli məkan kimi təklif olunur.
Qeyd edək ki, Braziliya son dövrlər qlobal vasitəçilik rolunu artırmaq istəyir və Lula da Silva münaqişənin diplomatik yolla həllinin tərəfdarı olduğunu dəfələrlə vurğulayıb.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ