Onlayn ictimai-siyasi qəzet
İran və Rusiya Prezident Vladimir Putinin Tehrana səfərinə hazırlıq aparır.
Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.
Nazirin sözlərinə görə, səfərin tarixi və proqramı üzərində qarşılıqlı şəkildə iş gedir. Rəsmi Tehran bu səfəri strateji əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm addım kimi qiymətləndirir.
Qeyd edək ki, son aylarda İran və Rusiya arasında siyasi, hərbi və iqtisadi sahələrdə münasibətlər intensiv xarakter alıb. Putinlə Tehrandakı görüşlərin gündəliyinə regional təhlükəsizlik, enerji əməkdaşlığı və sanksiyalara qarşı birgə fəaliyyət məsələlərinin daxil olacağı gözlənilir.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ