İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı amansız davada 17 bıçaq zərbəsi vuruldu, 4 gün komada qaldı - HƏBS EDİLDİ

Bakıda baş verən amansız kütləvi davada 17 bıçaq zərbəsi alan, 5 gün komada qalan şəxs həbs edilib.

Musavat.com xəbər verir ki, Rəcəb Ağamalıyev qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə hakim qarşısına çıxarılıb.

Rəcəb qardaşı Hafizin mübahisə etdiyi şəxslərlə dava edərkən onlardan birinə bıçaqla zərbə endirməkdə ittiham olunub. Hadisə zamanı özü də ölümcül xəsarət alıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisədən üç gün əvvəl qardaşı Hafiz Ağamalıyev ilə zərərçəkmiş şəxs arasında mübahisə baş verib. Buna səbəb məhəllədə bir-birlərinə yol verməmək olub. Onlar avtomobili bir-birinin üzərinə də sürüblər.

Hadisədən sonra zərərçəkmiş şəxs və tanışları məsələni “həll” etmək üçün onların evinə gəlib. Qardaşı ilə mübahisə etməyə davam ediblər. Bu zaman onu və atasını da döyüblər:

“Evin qarşısında toplaşmalarının səbəbini soruşdum. 3 nəfər beyzbol taxtaları ilə vurmağa başladı. Mənə 17 bıçaq zərbəsi vurulub. 4 gün komada qalmışam. Atamın evinə basqın edilib. Döyülüb, bıçaq zərbəsi vurulub. Mən heç kimə bıçaqla xəsarət yetirməmişəm. Məni vuranlar Miran, onun qardaşı Nuhbala və bibisioğlu Bəhruz olub”.

İş üzrə zərərçəkmiş şəxs Nuhbala olub.

Nuhbala Rəcəbdən şikayətçi olmadığını bildirib. Həmçinin əlavə edib ki, hadisə zamanı xəsarət alsa da, həmin xəsarəti ona Rəcəb yetirməyib.

Məhkəmə Rəcəbi 3 il 6 ay müddətinə azadlıqdan məhrum edlib.

Qeyd edək ki, hadisə ilə bağlı Rəcəbi, qardaşını və atasını döyən şəxslər barəsində ayrıca cinayət işi açılıb. Həmin şəxslər daha ağır cəza alıb. Onlara 8-15 il müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR