İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ilin sonunda böyük səfərbərlik gözlənilir- Kursk döyüşünə görə... DETALLAR

İlin sonunda noyabr-dekabr aylarında Rusiyada səfərbərlik başlaya bilər.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı Rusiyada yeni səfərbərlik dalğası yarada bilər. Qəzet yazır ki, Rusiya ordusu 2022-ci ilin fevralında işğal başlayandan bəri ən yüksək səviyyəyə çatan cəbhə xəttindəki itkiləri bərpa etmək üçün kifayət qədər yeni əsgər qəbul etmir.

Ukraynanın Kursk bölgəsindəki heyrətamiz hərbi hücumu Rusiya Federasiyasının problemlərini üzə çıxardı, ona görə ilin sonuna böyük səfərbərlik gözlənilir. 

"Bloomberg "mənbələrindən biri bildirib ki, Rusiya rəsmiləri bunu cəbhə xəttindəki qoşunların istirahəti üçün rotasiya tədbiri kimi təqdim edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR